Onu görcək itirirəm özümü,
Gözlərinə dikəmmirəm gözümü.
Ey Allahım, əsirgəmə dözümü,
Bu cəfanı çəkməyə lal səbir, ver.
Bilirəm ki, məndən yaman gileyli,
Başqasına salacaqmı o, meyli.
Qovuşmadıq. O Məcnun, mən də Leyli,
Dolaşmağa bir Səhrayi-Kəbir ver.
Namərdə döndərmə, İlahi, mərdi,
Mərd çəkə bilərmi bu ağır dərdi.
Oynaya bilmirəm onsuz da nərdi,
İstərsən ya sə-dü,ya da sə- bir ver.
Kayıt Tarihi : 30.6.2018 17:48:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/30/sebir-ver.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!