Sebir daşıyam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sebir daşıyam

Sönməz günəşiydin şeir dünyamın,
Dadlı duyğusuydun şirin röyanın,
Qəmə məxsus olan qanlı qayanın,
Nə bir çınqılıyam, nə bir daşıyam.

Yalanın pərdəsi soyulacaqdır,
Qüssədən, bir anda doyulacaqdır.
Ölsəm başım üstdə qoyulacaqdır,
Mərmədən qoyulan qəbir daşıyam.

Hər eldə, obada səni gəzirəm,
Fələyin kələfin çətin çözürəm.
Mən dağam ki, ayrılığa dözürəm
Kədərdən çatlamaz səbir daşıyam.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 09:20:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu