Sarı payız ləçəkləri
Közəyəcək ömrümü,
Dünyanın al çiçəkləri,
Bəzəyəcək ömrümü.
Qanadlanıb uçmuşdular,
Neçə-neçə arzular.
Inadlanıb qucmuşdular,
Gecə-gecə arzular.
Bütün dünya bələnəcək
Məhəbbətin ətrinə.
Göydən ağ nur ələnəcək,
Səadətin xətrinə
29.04.2019
Kayıt Tarihi : 30.4.2019 14:55:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/04/30/seadetinxetrine.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!