Billurdan sarayın vardır,
Gülüşdən harayın vardır.
Fəxr edirsən çayım vardır,
O da çox dayazdı, Sevinc.
Dərdin xəmri sıyıq olar,
Qurdun evi oyuq olar.
Tənha gəzmə, soyuq olar,
Hər tərəf ayazdı, Sevinc.
Bax telini yolanlara,
Vaxtlı-vaxtsız solanlara.
Haqq edirsən olanlara.
Sənə bu da azdı, Sevinc.
Dağdan asılı tülləri,
Açacaqdır ağ gülləri.
Tanrının məlhəm əlləri,
Taleyini yazdı Sevinc.
Günəş yenə nurun saçmış,
Qaranlıq uzağa qaçmış.
Üzündə çiçəklər açmış,
Deyən keyfin sazdı Sevinc.
Kayıt Tarihi : 26.5.2022 08:07:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!