Qızılın da gümüş kimi parıldar,
Yaltaq dostlar qarğa kimi qarıldar.
Az üzümə baxıb,baxıb hırılda,
Axmaq insan, təbəssümün saxtadır.
Ruhən acsan, mənən cadugər, səfil.
Sənə rəqib olmaz çəkidə nə fil.
Allah qoysa günlərin biri qəfil,
Dayanacaq damarda qan, laxtadır.
Sən avara, sən sərgərdan, sən sail,
Yaxşılığa ola bilməzsən qail.
Yolun üstdə dayanıbdır Əzrail,
Son görüşün elə həmin vaxtadır.
01.06.2019
Kayıt Tarihi : 8.6.2019 18:52:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!