Gəl zülməti gündüz eylə,
Dolayları dümdüz eylə.
Sən gördüyün quduz sellər,
Daha çağlamaz,çağlamaz.
Özün qəmə salan ürək,
Xəyallara dalan ürək.
Kim deyir tək qalan ürək,
Sənsiz ağlamaz,ağlamaz.
Qəm sındırdı qollarımı,
Soldurdu gül kollarımı..
Sənə gedən yollarımı,
Fələk bağlamaz,bağlamaz.
Könül çətin dostdan keçə,
Fikrimdəsən gündüz-gecə.
Qəfil ölüm,söylə necə,
Ürək dağlamaz,dağlamaz.
Həsrətin qəlbə hakimsə,
Kədər əbədi sakinsə.
Qovuşmaq istəsəm kimsə,
Məni saxlamaz,saxlamaz.
Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 19:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!