Ən əziz qonağı telli saz olar,
Yayda da gecəsi sərt,ayaz olar.
Həmişə zirvəsi bəmbəyaz olar,
Kədərdən ağarıb başı dağların.
Kim deyir ki həramiyə bənzəyir,
İşıqsaçan nuraniyə bənzəyir.
Ağsaqqal bir piraniyə bənzəyir,
Çatılıbdır çatma qaşı dağların.
Üzünü gizlədən aya dönübdür,
Bəs nədən toyları vaya dönübdür.
Gah coşan,gah daşan çaya dönübdür,
Qurumaz gözünün yaşı dağların.
Uçmağa can atan tərlan,sara bax,
Zirvəyə yığılmış bəyaz qara bax,
Olubdur həmişə cənnət Qarabağ,
Almaz üzüyünün qaşı dağların.
Sevinc zirvəsini süzüb dayanıb,
Telinə gül-çiçək düzüb dayanıb.
Gör neçə illərdir dözüb dayanıb,
Var düşmənlə min savaşı dağların.
Kayıt Tarihi : 13.6.2018 07:03:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!