Savab Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Savab

Səni məndən on addımlıq məsafə,
Ayırırdı, ayırmırdı.Nə bilim.
Cavabını tapmadığım məsələ,
Suallardan sayılmırdı? Nə bilim.

Nə bilim ki məsələnin cavabı,
Həll etdiyim tənliklərdə deyilmiş.
Mən etdiyim yaxşılığın savabı,
Qol açdığım şənliklərdə deyilmiş.

Yaxşılıq et, yamanlığa çək sipər,
Məhəbbətlə tellərini daraqla.
Ayrılığın baxışına ol çəpər,
Vüsalın al gülləriylə maraqlan...

Sevinc Arzulu
Kayıt Tarihi : 10.12.2019 07:05:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu