Satırlar Şiiri - Ergün Ucatürk

Ergün Ucatürk
35

ŞİİR


2

TAKİPÇİ

Satırlar

I
İtirərək dənizdə bir düməni,
Silinmiş izdə, gecədə dünəni.
Ulduzlar gəlizdə, öldürdü məni
Yatdığın yerə qəbirlər qonacaq,
Mənə qalan tək sətirlər olacaq.

Dilsiz özləm bir səslər Təbriz’i,
Yaşıldan vaxtsız ayırdı qərb bizi.
Yadlarda olanlar son qəbir izi,
Məhəbbətini şəkillər alacaq,
Mənə qalan tək sətirlər olacaq.

Tükənmiş bir qələm yox ruha həddi,
Min natamam, düşlərdə liyaqətdi.
Nəfəsi ölü, sanki riya həbdi,
Həyata qarşı qətl ilə ol ancaq,
Mənə qalan tək sətirlər olacaq.

Təklik bil necə ki, şərhsiz Araz’ı
Özdə cismən iki dəniz arası,
Ruhən yegânə tək onda qalası,
Xatirən ölsə, dirilər yaxacaq,
Mənə qalan tək sətirlər olacaq.

Əbədi səbəbiyyət tramvalara,
Şeirlər çarə değildir ammalara,
Susmağı da ki, ‘səbir’ sanmalara…
Demədiğində isə sirrlər qaçaq,
Mənə qalan tək sətirlər olacaq.

Qaçıb uzağa, sığınıb köhnəyə,
Həsrətlərimiz baxınır gör nəyə;
‘Keçmişə kərpiçlə duvar hörməyə’
Tənha qədəhə qədirlər dolacaq,
Mənə qalan tək sətirlər olacaq.

Dənizə atıb, boğduğun qədimi,
Nifrət duyğun aldı, daha qəti mi?
Sözlər deyir ikən nə dedi nədimi?
‘Səni, qandığın ətirlər qovacaq!’
Mənə qalan tək sətirlər olacaq.

II
Həyata mənasızlıq sözsüz nəsir
İçimdə tutaraq el’ə görünə sirr.
Xəyallar geridə, düşüncəm əsir,
Düşəcəq necə zəhir ilə saçaq,
Mənə qalan tək sətirlər olacaq.

Fikirlərə axan mürəkkəb; matəm,
Kimsəsizliğə qarşı ifa; gəm,
Özüm üçün duracaq tək ifadəm;
Tərk edilmişliq, qəhirlər ‘bol ocaq’
Mənə qalan tək sətirlər olacaq.

Qapalı pərdə, silinmiş mənzərə,
Yox oluşlar diyârına mən zərrə.
Qanlı şəhər görsən ki, min dəm, dərə,
Ümidlərə dayaq kirlə o bucaq,
Mənə qalan tək sətirlər olacaq.

Göyyüzü yaxın sənə qəhr, hadisə,
İnanmaq sona necə ki, hədis’ə.
Şərhsizlik bənzər ömürlük həpisə,
Suala təkçə ‘nədir’lər qalacaq,
Mənə qalan tək sətirlər olacaq.

Zifri qaranlığa yırtıb vərəqi,
Göyə səsləniş, çağırıb fələki.
Susmaqlarımız olacaq hələki,
Uğruna gözlənən səbirlər alçaq!
Mənə qalan tək sətirlər olacaq.

Ergün Ucatürk
Kayıt Tarihi : 10.7.2023 14:51:00