Satılmaz ki. Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Satılmaz ki.

Sağa atdım, sola düşüb,
Fikrim quru kola düşüb.
Qatar artıq yola düşüb
Ha qaçsan da çatılmaz ki.

Dünya məşhur ləl-dürrüylə,
Gizlin qalar yüz sirriylə.
Dalaşarlar bir-biriylə
Dərdə fərəh qatılmaz ki.

Qəlbə həmdəm nihan sevgim.
Eh, hamıdan pünhan sevgim.
Mənə verən ilham sevgim,
Milyonlara satılmaz ki.
15.05.2015

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 14:04:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu