Adı telefondan silmək asandır,
Düzəltsən kəndirdən ilmək, asandır.
Özgəni aldada bilmək asandır,
Var isə hünərin aldat özünü.
Həsrətin büstünü yonub qalsan da,
Üstünə kədər-qəm qonub qalsa da.
Qışın şaxtasında donub qalsan da,
Düşmənin oduna az çat közünü.
Köhnə köçün sürüb, gəlib təzə il,
Tor tutub deyəsən, gözlərini sil.
Dəyərin azaltma, qiymətini bil,
Neçə yüz milyona sən sat sözünü.
05 01 1018
Kayıt Tarihi : 30.4.2018 07:53:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!