Sarışın qız Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sarışın qız


Ömrün pəncərəsindən,
Boylanan sarışın qız.
Sənin rəngli sevdana
Mən necə qarışım, qız.

Üstünə toz qonmamış,
Külək aldı, apardı.
Kədərində donmamış,
Həsrət tufan qopardı.

Sən bəxtinin düyünün
Açıb çözə bilmədin.
Hisranın acısına
Durub dözə bilmədin.

Gözündən itib yarın,
Xatirəsi sinəndə.
Köklənmiş könül tarın,
Çalmaz eşqin sönəndə.

Saçları sarışın qız,
Ocağım sən,közüm sən.
Dön geri, barışım qız,
Sən ki mənim özümsən.
15.12.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 30.4.2018 07:42:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu