Anan sənsiz çox üşünür,
Atan səni hey düşünür.
Görək şirin gülüşünü,
Hasil olsun diləyim.
Yol gözləyir nənən, baban,
Əzizləyir elin-oban.
Işığa qərq olsun hər yan,
Nur yağışı çiləyim.
Sevgi dolu gözəl ansın,
Sən canımdan ötə cansın.
Başın üstdə Günəş yansın,
Nurunaca bələyim.
Qardaşına vermə macal,
Bir az şıltaq, bir az dəcəl.
Şeir yazsın şəninəcə,
Mənim qızıl lələyim.
Namaz üstdə susqun, lalam,
Ilahiyə verrəm salam.
Sağal, mənim gözəl balam,
Görüşünə gələyim.
Şəfa tap, sevindir bizi,
Dalğalansın göy dənizim..
Yasəməni, tər nərgizi,
Başın üstdən ələyim.
Ömür mənə vəfa versin,
Qocalıqda səfa versin.
Tanrım sənə şəfa versin,
Ay sarışın mələyim.
Sevinc Arzulu
Kayıt Tarihi : 25.5.2023 06:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!