Sarılıb yatıb. Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sarılıb yatıb.

Dönüb keçmişinə baxmayır hərdən,
Xatirən salıbdır saçlarına dən.
Gündüzü sevmədi əzəldən.Nədən
Gecənin boynuna sarılıb yatıb.

Torpağı əzəldən şoran, şorakət,
Hələ bar verirsə şükür, bərəkət.
Ona qərib gəlir belə hərəkət,
Keçənin oynuna darılıb yatıb.

O bir Tanrısına qul olan bəndə,
Çətin ki aldanıb düşə kəməndə.
Əvvəldən sığmayıb bərəyə-bəndə,
Hecanın qoynuna yarılıb yatıb.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.10.2023 09:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!