Sarılardım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sarılardım

Üzünə yad baxış qondu,
Qara-qara naxış dondu.
Bilsəydim ki axır, sondu
Sənə möhkəm sarılardım.

Hicranın sonu qəm olub,
Fərəhi daim kəm olub.
Ömürlük dost, həmdəm olub
Kədərini yarılardım.

İlahidənsorub səni,
Ürəyimə hörüb səni,
Özgə ilə görüb səni,
Gülüşünə darılardım.

Sevinc Arzulu
Kayıt Tarihi : 10.12.2019 07:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu