Baxma mənə soyuq-soyuq,
Dost-düşməni salma duyuq.
Mən dənizin gömgöy suyu,
Sən sahilin sarı qumu.
Tək-tənha, sərbəst gəzirsən,
Ala gözü məst gəzirsən.
Deyən təzə dost gəzirsən,
Mənə sədaqətin bumu?
Məni yalqız, tənha görüb,
Dost-tanışdan halım sorub.
Al güllərdən çələng hörüb,
Gözü günəbaxan tumu.
Kayıt Tarihi : 29.4.2020 10:50:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!