Sönüb. Alışmaz közlər,
Qəm görməz ala gözlər.
Sənin yolunu gözlər,
Bağların barı,gəlin.
Sarı gəlin.
Nə gözəldir gen düzən,
Əlvan geyinib bəzən.
Sən ol mahir bir tarzən,
Dilləndir tarı, gəlin.
Sarı gəlin.
Çəmən yamyaşıl geyər,
Bənövşə boynun əyər.
Səni görcək əriyər,
Dağların qarı gəlin.
Sarı gəlin.
Sel gələr uca dağdan,
Rəngi lillənmiş ağdan.
Dər əlinlə budaqdan,
Heyvanı, narı gəlin.
Sarı gəlin.
Cücəribdir səmənim,
Lalə, nərgiz çəmənim.
Yazığın gəlsin sənin,
İncitmə yarı, gəlin.
Sarı gəlin.
Kayıt Tarihi : 26.10.2023 14:48:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!