Ürəyi daş, özü kömür dünyanı,
Çoxdandır ki sözüm hörmür dünyanı,
Nə yaxşı ki gözüm görmür dünyanı,
Zülmətinin qarasına heyranam.
Göy buludlar qışda kədər qarlayır,
Yay günündə zirvədəcə xarlayır.
Gün düşəcək yaman par-par parlayır.
Libasının xarasına heyranam.
Sis bürüyüb duman örtüb sağ-solu,
Demərəm ki başımıza yağ dolu.
Dərin qırış bir qocaman dağ yolu,
Iki qaşın arasına heyranam.
Evin ömrü nə qədərdir? Kim deyər,
Bünövrəsi möhkəmdirmi? Him deyər.
Ağrısını-acısını sim deyər,
Ürəyinin yarasına heyranam.
Yaman xəbər yüyənsiz bir çapardı,
Gizlənsəm də gəzib məni tapardı.
Xan Arazım əldən alıb apardı,
Səssiz axan Sarasına heyranam.
Kayıt Tarihi : 28.3.2022 08:00:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!