Haqqım vardır öyünməyə,
Fərəh ilə böyünməyə.
Tanrım, qoyma bölünməyə
Qəm qılınc tək yarar məni.
Araz kimi durularam,
Obamıza burularam
Fərəhdən heç yorularam?
Kədər, qüssə yorar məni.
Qurulubdur belə bəşər,
Yarı xeyir, yarı da şər.
Düşmənlərim itkin düşər,
Qəlb dostlarım arar məni.
Bu dünyada ədalət var.
Zirvəni fəth eyləməz sar.
Geri dönsə naxələf yar,
Görən kimdən sorar məni.
Yada düşər köçənlərim,
Əcəl suyu içənlərim.
Dərd zəmisin biçənlərim,
Acı duyğu sarar məni.
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 16:03:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!