Saraldım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Saraldım

Söylə.necə unudum dərd-sərimi,
İtirmişəm ilham adlı pərimi.
Gün işığı rəngləməzdi dərimi,
Həsrətinin kölgəsində qaraldım.

Qaşsız qalıb dünyanın sevgi tacı,
Möhnətini çəkmək acıdan acı.
Ürəyimdən su içdi qəm ağacı,
İlk ildəncə “Nevroz”adlı bar aldım.

Bəyaz quşlar qəm rəqsinə süzdülər,
Əllərimi bu dünyadan üzdülər.
Sevənləri bir sıraya düzdülər,
Yoxluğundan qubarlandım, saraldım.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:24:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu