Sapa düzmürm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sapa düzmürm

Indi yağışlar da o yağış deyil,
Amansız sularla axıb üzmürəm.
Daha baxışlar da o baxış deyil,
Gözümü kimsəyə baxıb süzmürəm.

Gedənlər dünyamı bölürlər bir-bir.
Duyğular içimdə ölürlər bir-bir.
Daha ürəyimə gəlirlər bir-bir,
Sözləri muncuq tək sapa düzmürəm.

Dolan gözlərimin buludu sənsən,
Istəyi, arzusu ümidi sənsən,
Qalxanı, nizəsi, əmudu sənsən,
Əlimi əlindən ,sevdam, üzmürəm.

Həya nişanımı yanağındakı,
Sehrli sözmüdür dodağındakı.
Eh, hərdən gözümün qabağındakı,
Dumanı görmürəm,çəni sezmirəm.

Surətin yenə də gözümdə uyur,
Dərdimi ,qəmimi anında duyur.
Sahilin ayağın göy sular yuyur.
Xəyala dalmaqdan inan, bezmirəm.

Sən mənim and yerim, aman yerimdin,
Həqiqət yerimdin, güman yerimdin.
Xoşbəxlik, səadət uman yerimdin,
Dünyanı dolanıb sevgi gəzmirəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.3.2020 15:24:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu