Şanlı Şehidim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Şanlı Şehidim

Yenə Qurd Qapısı, Fəxri Xiyaban,
Yenə qan ağlayır alagöz ana.
Beş il keçməyibdir, dayanıb zaman,
Yaralı qəlbində minbir söz, Ana.

Oğlunun geydiyi hərbi paltarı,
Necə əzizləyir, qoruyur aman.
Bitmək bilməyir ki eh, intizarı,
Ayrılıq odunda qovrulur yaman.

Evin böyüyüydü Əbu-Bəkiri,
Hərdən şeir ilə dindi də, getdi.
Mərmər üzərinə həkkdir şəkili,
Öz polad atına mindi də getdi.

Sanki bir buluddur, yağıb,dayanıb,
Gün-gündən soyuyur isti nəfəsi.
Şirin yuxusundan indi oyanıb,
Adı Əbu-Bəkir olan kiçik nəvəsi.

Neçə şəhid verib doğma Kürdəmir,
Bir deyil, on deyil, bəlkə də yüzdü.
Şəhidin məzarı ən müqəddəs pir,
Qırmızı gülləri məzara düzdüm.

Əsarətdən qurtarmaqçun torpağı,
Dar gündə haraya, haya yetdiniz.
Ordenin var, “Azərbaycan bayrağı”,
Bu bayraq uğrunda qurban getdiniz.

“Hücum” əmri ilə qalxıb havaya,
Vermədiz düşmənə bir an da aman.
Nədən dönmədiniz doğma yuvaya,
Sən,pilot dostların Təbriz və Urfan.

Sülh və hərb.Qəribə, amansız təzad.
Ən ağır döyüşə canlı şahidim.
Qarabağ işğaldan olubdur azad.
Qoy ruhun şad olsun,şanlı şəhidim.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.4.2021 05:49:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu