Küsdüyümə barışmayıb,
Söz deməyə alışmayıb.
Haqqımda pis danışmayıb,
Dillər doğru sanıb məni.
Düşmənimdən öc almışam,
Zirvəyədək ucalmışam.
Demə niyə qocalmışam,
İllər yorğun salıb məni.
Nə bilər ki qədrin naşı,
Üzə gülər uzaqbaşı.
Xəbəri yox yar-yoldaşın,
Sellər oğrun çalıb məni.
28.11.2018
Kayıt Tarihi : 6.12.2018 07:50:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/12/06/sanib-meni.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!