Küləkdən başlayar yarpaq əsimi,
Qoy olsun,əzizim,sevinc nəsibin.
Elə qəzəbliydi,elə əsəbi
Fərəh zülmün bağrın sökəcək sandım.
Anladım,hikmət var Tanrım,səbirdə.
Məzarlıq önünə gəlib də bir də.
Hicranı dəfn etdim qara qəbirdə,
Həsrət üstündə yaş tökəcək sandım.
Alıbdır üstümü çiskin,dumanlıq.
Mənim xəyal evim zülmət,toranlıq.
Gözümü səmadan çəksəm bir anlıq,
O zaman göy yerə çökəcək sandım.
Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 16:09:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!