Ürək çətin çat sevər,
Qalar eşqə mat,sevər.
Şirindil, həyatsevər,
Insan, Samirə xanım.
Oğullar sirdaşınız,
Dostunuz, qardaşınız.
Axmasın göz yaşınız
Leysan, Samirə xanım.
Bu, həyatın gərdişi.
Incitməkdir vərdişi.
Olsun daim hər işin,
Asan , Samirə xanım.
Sən bir insafa gəl ki,
Güllərdən açaq sərgi.
Baxçada lalə, nərgiz
Süsən Samirə xanım.
Sevginiz dəniz olsun.
Su kimi təmiz olsun.
Qoy düşməniniz olsun,
Küsən, Samirə xanım.
Dilimin əzbərisən,
Həyatın al zərisən.
Şirindilli pərisən,
Osan, Samirə xanım.
Rastlaşdıq qış günündə,
Şirinlik var ünündə.
Olma yalan önündə,
Susan, Samirə xanım.
Gül bəzəsin kolunu,
Sağını həm solunu.
De, kimlərdir yolunu,
Pusan, Samirə xanım.
Gözəl geyim-keçimli.
Yaraşıqda seçimli.
Elə bil bir içimlik
Susan, Samirə xanım.
Kayıt Tarihi : 19.3.2020 10:57:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/03/19/samire-xanim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!