Sənsiz dünya mənə əbədi sürgün,
Gözümdən tökülər bal yuxun,mürgün.
Fikirli dəyirsən gözümə bu gün,
Yenə lal xəyala dalmısan nədən.
Könüllər naşaddır,ürəklər üzgün,
Baxışlar qəmlidir,gözlərsə süzgün.
Sən məni gəl anla,başa düz düzgün,
Cəllad tək canımı almısan,nədən.
Şeir-İlahidən gələn gözəl səs,
Eşq uğrunda əzab çəkmək çox əbəs.
Mənim ilə niyə danışmırsan bəs,
Kəsilib söhbətin,lalmısan nədən.
Şad günümə yaraşıqsan,bir behsən,
Bir küləksən,səmum yelisən.mehsən.
Gül üstünə düşən parlaq,zər şehsən.
Bulud kimi de, qaralmısan nədən.
Təkcə səni qəlbə həmdəm sanıram,
Yada salıb,xatırlayıb anıram.
Gecə-gündüz odlanıram,yanıram .
Sevinci atəşə salmısan nədən.
Sevinc Arzulu
Kayıt Tarihi : 10.6.2018 16:41:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!