Yaramaz uyğular xəstəbəxəstə
Yalançı duyğular bəstəbə bəstə.
Çiçəklər gəlsin qoy dəstəbədəstə
Dünyanın qədrini bilənlər üçün.
Imkanlı bu qədər varı neynəyir,
Qəpiyi çıxarsa zəncir çeynəyir.
Allahın özü də dua eyləyir,
Məzlumun göz yaşın silənlər üçün.
Çöl-çəmən nə gözəl ətir qoxuyar,
Güllərdən al-əlvan çələng toxuyaq.
Dünyadan gedənə dua oxuyaq,
Salavat çevirək ölənlər üçün.
Kayıt Tarihi : 1.6.2021 06:01:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!