Yoluna al güllər tökülmədi heç,
Həsrətin qəm evi sökülmədi heç.
Fələyin kölgəsi çəkilmədi heç,
Biz xoşbəxt olmadıq, olanlar olsun.
Sevgidən on deyil, yüz də danışaq,
Gəl əyri oturub düz də danışaq.
Arxada deməyək, üzdə danışaq
Istəməm arada yalanlar olsun.
Bir payız günündə şimşək çaxar da,
Ardından aramsız yağış yağar da.
Rastlaşaq həmişə toyda-mağarda
Bizdən əhli-beytə salamlar olsun.
Kayıt Tarihi : 29.6.2018 07:30:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/29/salamlar-olsun.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!