Səhər sübh tezdən oyan,
Günəş rənginə boyan.
Süfrənizdə hər zaman,
Ləziz təamlar olsun.
Ay el qədri bilənlər,
Xalqla deyib-gülənlər.
Qulağıma gələnlər,
Gözəl kəlamlar olsun.
Tanrı qurubdur hana,
Çöllər gəlibdir cana.
Bütöv Azərbaycana,
Bizdən salamlar olsun.
Kayıt Tarihi : 31.7.2023 08:31:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!