Işi zor olası ayrılıqların,
Ozü qor olası ayrılıqların
Gözü kor olası ayrılıqların,
Qayəsi, məqsədi, məramı nədir.
Naxələf çıxmasın sevib-seçdiyim.
Yolunda canımdan belə keçdiyim.
Bəzən zəhər olur yeyib-içdiyim,
Bilmirəm halalı, haramı nədir.
Anlamır nə qədər edirəm nifrət,
Özüylə gətirir qaranlıq, zülmət.
Yaman başa çıxır bu zalım həsrət,
Mənimlə bu haqqı-salamı nədir.
25.04.2018
Kayıt Tarihi : 25.4.2018 18:56:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!