Salam, doğma şəhərim,
Salam doğma məktəbim.
Gözlərimdə qəhərim,
Könlümdə şair təbim.
Qırx ildir bitirmişəm,
Sanıram ki dünəndir.
Özümü itirmişəm,
Ötən günlər dönəndir?
Bir zaman bu binanı,
Gəzmişik otaq-otaq.
Şagird dostlarım hanı,
Onları hardan tapaq.
Hərəsi bir diyarda,
Hərəsi bir yerdədir.
Bəzisi yox həyatda,
Yeri yaman göynədir.
Necə maraqlı keçib,
Məktəbli həyatımız.
Zaman kimləri seçib,
Çapdı murad atımız.
Eh,gözlərim dolubdur,
Doğma yurd, əziz obam.
Qızlar nənə olubdur,
Oğlanlar artıq baba.
Baxça salanı da var,
Gül-çiçəklər əlində.
Həkim olanı da var,
Mühəndis, müəllim də.
Əziz müəllimlərim,
Hardasınız, siz, harda.
Qayıt ötən illərim,
Qalmışam intizarda.
Mənim ən şad günümdür,
Dostlarla görüşürəm.
Fərəh saçan ünümü,
Sizinlə bölüşürəm.
Kayıt Tarihi : 21.10.2019 06:45:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!