Salam, doğma mektebim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Salam, doğma mektebim

Salam doğma məktəbim,
Salam əziz məkanım.
Uzaqlara yayılıb,
Bu gün şöhrətin-şanın.

Yüz iyirmi beş il keçib,
Təməlin qurulubdur.
Eh, neçə fəsil keçib,
Lal sular durulubdur.

Biz də sənin qoynunda,
Böyüyüb boy atmışıq.
Zamanın sərt oynunda,
Arzu-kama çatmışıq.

Hər yanda tanış izdir,
Çalınıb çox qələbə.
Müəllimlər əzizdir,
Doğmadır hər tələbən.

Qırx dörd il bundan əvvəl,
Qurtarmışam məktəbi.
Təhsil alaraq açdım,
Bir çox gizli mətləbi.

Böyüyüb, yaşa dolub,
Gerçək olub xəyalı.
Sənin məzunun olub,
Neçə-neçə ziyalı.

Hər qapını açanda,
Həyəcandan əsirəm.
Güllər ətir saçanda,
Görüşə tələsirəm.

Hamı əlvan geyinib,
Sanki yallı gedirik.
Şanlı yubileyini,
Sevinclə qeyd edirik.

Rəvan olar bal təbim,
Şəninə sözlər seçsə.
Var ol doğma məktəbim,
Neçə əsr də keçsə .

Sevinc Arzulu
Kayıt Tarihi : 14.7.2023 10:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!