Yar-yoldaşı kədər ilə süzürəm,
Öz-özümü danlayıb da üzürəm.
Eh, hamıdan inciyibən küsürəm,
Deyən daha ağır olubdur daşım.
Salam, altmış üç yaşım.
Günü-gündən artır bax qayğılarım,
Yenə qaçır gözümdən uyğularım.
Gözlərimdən axır lal duyğularım,
Fırfıra tək fırlanıram, çaşbaşım.
Salam, altmış üç yaşım.
Tezlik ilə əriyib gedər ayaz,
Özü ilə fərəh gətirər bu yaz.
Sarı tellər artıq olub bəmbəyaz,
Ağ tüklərə məkan olubdur qaşım.
Salam, altmış üç yaşım.
Xatirəni astaca uyuduram,
Ürəyimi yalanla ovuduram,
Kimliyimi deyəsən unuduram,
Günü-gündən zəifləyir yaddaşım.
Salam, altmış üç yaşım.
İtirmişəm iradəmi, dözümü,
Deyəmmirəm daha ürək sözümü.
Tanımıram güzgüdə öz-özümü,
Qırışlarla çirklənibdir üst-başım.
Salam, altmış üç yaşım.
Salam, altmış üç yaşım...
Kayıt Tarihi : 27.8.2025 05:12:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!