Şairler bir az da Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Şairler bir az da

Baxır oxucunun vəziyyətinə,
Dözür hər nazına, əziyyətinə.
Bəzən sıxışırlar sonuncu tinə,
Şairlər bir az da dalançı olur.

Yoxla öz səbrini, öz iradəni,
Özgəyə tapşırma söz idarəni.
Qanmaza deyirlər düz ifadəni,
Şairlər bir az da palançı olur.

Görən nə tapıblar cani dünyada,
Sevinci, fərəhi ani dünyada.
Köçüb getsələr də fani dünyadan,
Şairlər bir az da qalançı olur.

Vardır özəllyi,vardır mənliyi,
Hazırdır. azalmaz heç söz ənliyi.
Şerində vəsv edər hey gözəlliyi,
Şairlər bir az da talançı olur.

Beş-altı ağacı bağ eliyirlər,
Şoru tərifləyib yağ eliyirlər.
Kiçicik təpəni dağ eliyirlər,
Şairlər bir az da yalançı olur

Sevinc Arzulu
Kayıt Tarihi : 19.1.2022 06:24:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu