Şairlər Allaha yaxın olurlar,
Şairlər cavankən yaşa dolurlar.
Açılmamış qızılgül tək solurlar,
Verin şairlərə öz qiymətini,
Kəlam qiymətini,söz qiymətini.
Əsrlərdir yaşayır Şeyx Nizami,
Pozulmazdır şeirlərun nizamı.
Şairlər içində yazdı imzamı,
Ölməz “Xəmsə”sini yazan Nizami.
Müdrik,aqil,şair-ozan Nizami.
Şairin duası eşidilər tez,
Şeirlərdən nə usan,nədəki bez.
Şairin qəmini bir baxışdan sez.
Hərdənbir şairin dayağı olun,
Qaranlıq gecədə mayağı olun.
Bu dünyanın əzabına gər sinə,
Şairliyə tab gətirməz ki hər sinə.
Şairin şerini yozma tərsinə,
Ilqarı düz,amalı düz şairlər.
Gecəni edərlər gündüz şairlər.
Şair olan haram qatmaz mayaya
Kürəyini Qaf dağına dayaya.
Özü bənzər bir sıldırım qayaya.
Şairlərin yeri ucadan uca.
Şairlər yaşayar dünya durduqca.
Şairin xalqına sözü daha çox,
Yaşayar yarıac,dözər yarıtox.
Heç nədən,heç kimdən şikayəti yox.
Dözər hər əzaba,dərdə şairlər.
Dönər qəhrəmana,mərdə şairlər.
Nəsimi tək dərisini soyublar,
Haqqı görən gözlərini oyublar.
Şairləri yaman günə qoyublar,
Yenə də dayanıb,durub şairlər.
Azadlıq qalası qurub şairlər.
Əlindən aldılar telli sazını,
Qışa döndərdilər güllü yazını.
Bircə gün də çəkmədilər nazını,
Söndürdülər ocağını,közünü.
Qəlbində qoydular daim sözünü.
Şair var fələyin cəbrinə matdı,
Şair var insanın səbrinə matdı.
Şair var şairin qəbrinə matdı,
Şairlərin həyatı şahmat olar.
Şair necə oynasa şah mat olar.
Şair var dostunu çəpiyə satdı,
Şair var postunu qəpiyə satdı.
Şair var tostunu qəpiyə satdı,
Şair var su kimi axıb-durulub,
Bünövrəsi yalnız sözlə yoğrulub.
Mən gah dəli Kürəm,gah da Xəzərəm,
Şerim ilə könülləri bəzərəm.
Aşıqlar tək el-obanı gəzərəm.
Sevincəm,qəlblərdə daim yaşaram.
Şeirim ilə sərhədləri aşaram.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:30:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!