Şairin bexti Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Şairin bexti

Alışacaq vüsal közü,
Göstərmir ki vüsal dözüm.
Görürəm ki vüsal özü,
Ayrılıqdan eymələnib.

Payız gəlib yay bitincə,
Gün gödəlib ay itincə,
Açılmaq istəmir qönçə,
Düyüm-düyüm düymələnib.

Bu nə törən, nə adətdi,
Anlaşılmaq səadətdir.
Belədir şairin bəxti,
Söz üstündə qiymələnib.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 19:01:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!