Yenə qəmlənibdir dəli ürəyi,
Yenə də əriyir qarı şairin.
Yerlə yeksan oldu arxa-dirəyi,
Pozulubdur düz ilqarı şairin.
Dərdini söylədi,dərd saymadılar,
Igidlik gösrərdi,mərd saymadılar.
Şairi seçilmiş fərd saymadılar,
Xain çıxdı xiridarı şairin.
Kimsə gəlib əhvalını soruşmaz,
Elə yanar,torpaq külə qarışmaz.
Vəfasızla ömür-billah barışmaz,
Sınanıbdır e`tibarı şairin.
Dostu var ölkənin hər bölgəsində,
Xain tək qorxmayır öz kölgəsindən.
Qalıbdır asılı bir özgəsindən,
Yoxdur əldə bir ixtiyarı şairin.
Nəyə lazım şeir yaza qürbətdə,
Xəfif əsən külək sazaq qürbətdə.
Yaşaya bilməz heç uzaq qürbətdə,
Var Şirvan tək bir diyarı şairin.
Nə şerini tənqid eylə,dodaq büz,
Bir nöqsanın artırıb eyləmə yüz.
Ilqarı düz,peymandüz,əhdi düz.
Pozulmaz heç düz me`yarı şairin.
Qalmayıbdır yaşamağa həvəs də,
Bülbül kimi nəğmə deməz qəfəsdə.
Şeir söyləyəcək lap son nəfəsdə,
Sözdür ən yüksək əyarı şairin.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:30:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/11/sairin-4.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!