Qafiyələr aləmində şair laldır,
Şeirlərə qarşı hamı kardır.
İndi dərk ettim, şeir yazanlar yox,
Yazmayanlar bəxtiyardır.
Qafiyələr toplusu bəzən mənasız gəlir,
Çünki içdən kifirdir.
Bəzəkli sözlər qaranlıq, zifirdir.
Bəs yazan kimdir?
Ya da yolunu azan kimdir?
Heç özü də bilmir.
Sözlər itir,
Ama mənalar itmir..
Mənalar bitmir..
Kayıt Tarihi : 18.9.2021 13:59:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.