Ildırımlar çaxar göydə,
Yeri sel-suya qərq edər.
Tanrı susub baxar göydən,
Dünyanı nura bərq edər.
Nə bilirsən, sakitliyi
Bəlkə Tanrı pozmaq istər.
Gördüyüm bəd yuxuları,
Tərsinəcə yozmaq istər.
İlahi, sən özün qoru
Yolun azmış bəndələri.
Neçə-neçə boş, mənasız
Şeir yazmış bəndələri.
Mənalı şer sağlam insan,
Mənasızı aciz, xəstə
Şeir yazmaq deyil asan,
Gözəl şeir-həzin bəstə.
Tanrı, sən pıçıldamısan
Bütün gözəl şeirləri.
Sonunadək oxunmasa.
Ruhum çağıracaq geri...
20 12.2017
Kayıt Tarihi : 30.4.2018 07:43:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!