Qanadını pisə gərmə,
Qarşısına süfrə sərmə.
Səmanı kimsəyə vermə,
Yer-göyü böldürmə, şair.
Mən də sənin bacın, billəm,
Vardır ehtiyacın, billəm.
Bitməz ağrın-acın, billəm,
Özünü öldürmə, şair.
Nisgilin çoxdur dünündə,
Qəm duyular şən ünündə.
Əyilmə düşmən önündə,
Dərdini bildirmə, şair.
Yaz həsrətin çarasından,
Vüsalın zərxarasından.
Adamların arasından,
Adını sildirmə, şair.
Ona-buna şər atana.
Min cür günaha batana.
Söz söyləmə şarlatana,
Dünyanı güldürmə, şair.
Kayıt Tarihi : 6.1.2023 16:02:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!