Önümdə şahmat
Taxtası vardır.
Mən qalsam da mat,
Ustası vardır.
Fiqurları da,
Iki rəng olur.
Aralarında
Sanki cəng olur.
Yadıma düşür
Uşaqlıq çağım.
Var fiqurların,
Qarası, ağı.
Geri çevirdim
Neçə illəri.
Mən çox sevirəm,
Zərif filləri.
Tanrı yolunda
Verim bir nəzir.
Şahı qoruyar
Görəsən vəzir?
Keçmişin nurun,
Bu gününə qat.
Suvarisənsə
Hardadır bəs at.
Bu da iki at,
Olmaz sənə yad.
Yalmanına yat,
Açacaq qanad.
Burda damalar
Şən adalardır
Qabağa gedən
Piyadalardır.
Bəs baş qəhrəman?
Əlbəttə ki şah.
Heç vaxt çəkməsin
Rəiyyəti ah.
Ovsunçularım,
Tanrıya pənah.
Oyunçuları
Qorusun Allah.
25.06.2019
Kayıt Tarihi : 6.7.2019 16:39:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/07/06/sahmat-ustasi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!