Həsrəti qoynuna al
Hicranı oynuna al.
Sevmirsən boynuna al
Tez burax bəhanəni.
Tezliklə qonağım ol,
Bağımda qovağım ol.
Sönməyən çırağım ol,
Işıqlandır xanəmi.
Ayrılığa səbəbkar,
Nəsnələr olsun, ah, kar.
Görən mənəm günahkar,
Yoxsa ki zəmanəmi.
Qalmışam həyəcanda,
Iki ürək bir canda.
Nə görmüsən hicranda,
Unut kədəri, qəmi.
Yamanca vurulmusan
Axıban durulmusan.
Günəş tək qurulmusan,
Ayrılıq şahanəmi.
25.04.2019
Kayıt Tarihi : 29.4.2019 16:48:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/04/29/sahanemi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!