Uzaqdan “Ey”çağırır,
Qəm çalan ney çağırır.
Qoynuna hey çağırır,
Dərə-düzən, dağ məni.
Dünya,dərd-qəmin unut,
Ürəyimdə min ümid.
Olum həmdəmin, bulud
Yer üzünə yağ məni.
Sübh şəfəqin oyatsan,
Səmanı al boyatsan.
Bir gün geri qayıtsan,
Görərmisən sağ məni.
Kayıt Tarihi : 27.6.2018 15:24:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!