Mehriban insan, gözəl ana, qayğıkeş nənə,uzaq səfərlər
vurğunu dostum Solmaz xanıma zarafatyana şeir
Dünyanın ən soyuq qütbündə azaq,
Bizə təsir etməz nə soyuq, sazaq.
Bircə an düşmədin Vətəndən uzaq,
Olmadın heç zaman fərari, Solmaz
Əvvəldən beynində min plan qurar,
Sonuncu nöqtəni ürəklə vurar.
Sözünün üstündə kişi tək durar,
Pozmaz ki verdiyi qərari, Solmaz.
Nəvələr yanında qoçaq olanda,
Ani qığılcımdan ocaq olanda.
O uzaq ellərə qonaq olanda,
Bizi də yadına sal bari, Solmaz.
Neçə dərə keçir, neçə dağ aşır,
Gəzir qarış-qarış Yeri, dolaşır.
Bilirsən necə bir maşın yaraşır,
Ağ atın olsun qoy Ferrari,Solmaz.
Sonsuz kainata yol eyləyərsən,
Xatirə gülünü bol eyləyərsən.
Bir zaman gedib də ov eyləyərsən,
Adını qoyuram Safari Solmaz.
25.06.2018
Kayıt Tarihi : 1.7.2018 10:28:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!