Saf dilekleri Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Saf dilekleri

Bağrıqan laləli düz göndəribdir,
Dərd-qəmi bir deyil,yüz göndəribdir.
Mənim tək sevgidən üz döndəribdir,
Səmtinə əsməyir səmt küləkləri.

Fələk aldığını vergi saymayır,
Necə də acgözdür, gözü doymayır.
Əzizim,bizi heç tənha qoymayır,
Başımız üstündə dərd mələkləri.

Ağ dünya sənin öz evindir,Allah,
Qaranlıq dünya tək divindir,Allah.
Hamı tək məni də sevindir,Allah,
Gözümdə qoyma heç saf diləkləri.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 20:27:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu