Bircə yol keçmişə baxmayan insan,
Sənin heç vicdanın sızıldamadı.
Həsrətim yandırıb yaxmayan insan,
Könlün qəm nəğməsi mızıldamı?
Elə ilk andaca əhdini dandın,
Susuz qalan gül tək saralıb soldum.
Nə sən Kərəm kimi oduma yandın,
Nə də mən Əsli tək pərvanə oldum.
Inanmam, kiməsə düşəsən əsir,
Kim isə sevdana ram ola bilə.
Eh, sənin beynində küləklər əsir,
Gözünün yaşından cam dola bilə.
Çətin ki ürəyin sürətlə vursun,
Uzaqdan görəndə nazlı yar gəlir.
Oğul istəyirəm cürətlə dursun,
Önündə.Yağışdan sonra qar gəlir.
Sən Ana uşağı. Nə bilərsən ki,
Həsrətdən sonrakı vüsal şirindir.
Gecələr Tanrıdan nə dilərsən ki,
Gündüzlər restoran doğma yerindir.
Sən ey eyş-işrəti əziz sanan kəs,
Deyəsən Orduda heç olmamısan.
Qazilər önündə sakit dur, nakəs
Yetkinlik yaşına heç dolmamısan.
Ağlın uşaq ağlı,zehnin kasaddır,
Dəyəcək alnına qapqara daşlar.
Işin qeylü-qaldır,fitnə-fəsaddır.
Sabahın təməli bu gündən başlar...
Kayıt Tarihi : 27.10.2023 09:19:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
TÜM YORUMLAR (1)