Sabah menim ad günüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sabah menim ad günüm


Sabah mənim ad günümdür,
Həm özəl,həm yad günümdür.
Bu günümdə xatırlaram itirdiyim insanları,
Niyə yoxdur zəmanədə bircə qırıq insaf barı.
Istəyərdim atam olsun,anam olsun yanımda,
Mənimlə bir şənlənsinlər ən sevincli anımda.

Hanı qəlbən sevdiklərim?
Onlar görən necoldu?
Mənim vaxtsız,baxtsız sevdam,
gəlişin çox gec oldu.
Sən gecikdin neçə illər,neçə aylar.
Indi tənha qalan könlüm səni anar,səni haylar.

Bircə dəfə görüşmədik,
O müqəddəs duyğuları bölüşmədik ikilikdə.
Hey sevərək əzab çəkdik ikimiz də.
Nə mən sənə namərd dedim,nə sən mənə vəfasız,
Bilirdik ki vaxtsız sevda heç olmaz ki cəfasız.
Bunca qüssə,bunca kədər,
Heyif ki getdi hədər.
Nə edək ki belə yazmış alnımıza
çoxuna xoş qismət yazan amansız tale-qədər.
Nə yatdıq ki yuxu görək bu bəlalı sevgidə.
Qismətimiz deyilmiş ki bu fərari sevgi də.

Uçub getdi əlimizdən bir ağ göyərçin kimi,
Hicran qəfil çıxdı küpdən qapqara lal cin kimi.
Alıb getdi bircə anda könül sevincimizi,
Pərən-pərən,səpə-səpə dağıtdı incimizi.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.9.2018 08:30:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu