Hər tərəf gülşən idi,
Oxumaq peşən idi.
Mehribandın, şən idin,
Xatirələr yadında...
Şəklin sinəyə taxın,
Ona qüssəylə baxın.
Ölümü qoyma yaxın,
Acılıq var dadında.
Laləni üstələrəm,
Nərgizi dəstələrəm.
Min ağı bəstələrəm,
Qəmli minior ladında.
Anan dizüstə çökər,
Atan bağrını sökər.
Dostlar göz yaşı tökər,
Sən fələyin badında.
Fələyə tez yovuşdu,
Şəhadəti soruşdu,
İlahiyə qovuşdu,
Rüstəmi-Zal adında.
Kayıt Tarihi : 5.9.2025 17:13:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!