Gözümün önündə sökülən tüllər,
Yolumun üstünə tökülən güllər...
Nə qədər qırılıb gözəl könüllər,
Acısı ağrıya-amana sığmaz.
Özün də bilmədən etdin,əzizim,
Ölümün kamına yetdin, əzizim.
Dünyamı məhv edib getdin, əzizim
Sənli xatirələr romana sığmaz...
Qüssəli könlümə muğamat yatır,
Hər minor sədası qəlbimə batır.
Bizim ayrılığın uzun həyatı,
Nə vaxta, nə də ki zamana sığmaz.
Kayıt Tarihi : 13.4.2020 15:12:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
TÜM YORUMLAR (1)