Riyanın boyağı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Riyanın boyağı

Sahilidir qayalıq,
Nədən coşur bu dəniz.
Hicrin gözün oyarıq,
Sən və sadiq bəndəniz.

Bəzən bir həqiqətin,
Önündə lal oluruq.
Duyanda məhəbbəti,
Qəmli xəyal oluruq.

Eh, güldürə bilməz ki
Kimsələr üzümüzü.
Ürək edib silməz ki
Yalanlar düzümüzü.

Qapımızın önündə
Həsrət növbətçi durar.
Ömrün qara günündə
Riya da min tor qurar.

Tora düşər sadəcə
Riyadan uzaq olan.
Vücudu böyüsə də,
Qəlb ilən uşaq olan.

Ümidin ayağından,
Daim çəkən biri var.
Riyanın boyağından,
Yaranmış üz kiri var.

Necə yaddan çıxardaq,
O amansız birini.
Eh, ölünü qoyaraq,
Ağladacaq dirini.

Sevinc Arzulu
Kayıt Tarihi : 10.12.2019 07:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu